10:11, 12.13.14 tarixində dünyaya gələn uşaq - Foto
16.12.2014

ABŞ-ın Klivlend şəhərində Hazel Qreys adı qoyulan uşağın doğum tarixi 10:11,12.13.14 kimi qeydiyyata düşüb.

Leyşa Kampel və Şoun Zimmerman cütlüyü övladı 13 dekabr 2014-cü il tarixində dünyaya gəlib.

Uşaq xəstəxanada qeydiyyata alınan zaman doğum saatının 10:11 olmasından sonra maraqlı bir hadisə baş verib. Rəqəmlərin ard-arda gəlməsi halları bir neçə ildə bir dəfə baş verir ki, belə hallardan birində övladlarının dünyaya gəlməsi Leyşa və Şounu daha da sevidnirib.

Hazel Qreys ailənin 4-cü uşağı olub.