Bu gün Bakı 2015 Avropa Oyunları və BP şirkəti Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) tərəfindən yaradılmış Oyunlar Akademiyasının Məzun Təkmilləşdirmə Proqramını ictimaiyyətə təqdim edib.
BP şirkəti Bakı 2015 Oyunlar Akademiyası təşəbbüsünün eksklüziv rəsmi tərəfdaşıdır.
Bu təşəbbüs Azərbaycan və Avropa universitetlərini bitirmiş məzunların daxil olduğu yerli heyət üzvlərimi yetişdirərək, onları çoxsaylı idman növlərini əhatə edən mötəbər tədbirlərin səmərəli keçirilməsinə hazırlamaq və eləcə də gələcək karyeralarında onlara kömək edəcək səriştələrini inkişaf etdirmək məqsədi daşıyır.
Ümumilikdə Azərbaycan və Avropadan olan 188 yüksək potensiallı universitet məzunu 2014-cü ilin iyul ayında Məzun Təkmilləşdirmə Proqramına cəlb olunub. Proqram ərzində altı təlim modulu keçiləcək və təlimdə 162 azərbaycanlı və 26 beynəlxalq məzun ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək səriştə və biliklərə yiyələnəcəklər.
Sonra iştirakçılara imkan yaradılacaq ki, öyrəndiklərini oyunların planlaşdırılması mərhələsində əməli təcrübədə tətbiq etsinlər və məşqlərdə əməliyyatlarla bağlı vəzifələri yerinə yetirsinlər.Bütün iştirakçıların işdə səriştələrə yiyələnməsi prosesini davam etdirmək üçün təcrübəli beynəlxalq heyət üzvləri, o cümlədən müxtəlif ixtisas sahələrində təcrübəyə malik ekspertlər onları təlimatlandıracaq.
Bu gün keçirilən tədbirdə çıxış edən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell əmin olduğunu bildirib ki, Oyunlar Akademiyasındakı iştirakçıların başa vurduğu təlim modulları son dərəcə faydalı olub.
O qeyd edib ki, iştirakçılar qarşıdan gələn böyük tədbirə hazırlıq zamanı səriştə və biliklərə yiyələndikcə, BP bu birillik proqram ərzində gələcək təlimlərə də öz dəstəyini davam etdirəcək.
"Mən Oyunlar Akademiyasının Azərbaycanın və Avropa ölkələrindən olan 188 məzunun əksəriyyətinə uzunmüddətli karyera üçün yol açdığına əminəm.Burada yiyələndikləri onlara səriştələrdən istifadə etməklə qarşılarına çıxa biləcək çətinliklərin öhdəsindən gəlməyə və iri layihələri həyata keçirə bilcəkləri sahələri seçməyə kömək edəcək-", BP-nin regional prezidenti əlavə edib.
Tədbirdə çıxış edən Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru və Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova bildirib ki, gələn il ilk Avropa Oyunlarına ev sahibliyi etməyimiz Azərbaycanın idman tarixində şanlı səhifə kimi yadda qalacaq:"Biz bu tarixi hadisəyə hazırlıq üçün BP ilə birgə işləməkdən məmnunuq.Avropa Oyunlarının Məzun Təkmilləşdirmə Proqramının yaradılması Bakı 2015 Avropa Oyunlarının heyətinı iddialı və istedadlı gəncləri cəlb edib.Proqram gözlədiyimizdən də yüksək səviyyədə olub".
Gün.Az