Azərbaycanlı aktrisa Alsunun klipinə çəkildi - FOTO
6.4.2012

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova Rusiyanın ulduz müğənnisi Alsunun klipinə çəkilib.
Milli.Az saytına istinadən verilən xəbərə görə, «Pıl bolşoy doroqi» («Böyük yolun tozu») mahnısının klipi Bakıda lentə alınıb.
Günel hələ klipdə yaratdığı rolun təsirində olduğunu söyləyib: «Klipdə əsas rollardan birini - kənd qızı obrazını - yaratmağın mənə qismət olmasından şadam. Klipdə söhbət uşaqlıqdan bir-birini sevən iki nəfər haqdadır. Onlar birlikdə böyüyüblər, məktəbə gediblər, daha sonra ailə qurublar və ömürlərinin sonunadək xoşbəxt yaşayıblar».
G.Məmmədova klipin təqdimatını səbirsizliklə gözlədiyini bildirib.
Klipdə xalq artisti Elmira Şabanova, əməkdar artist Vidadi Əliyev, Ömər Akçurin, Bəhruz Vaqifoğlu və digərləri də çəkiliblər.