Axtarış
Başqa şəhərlərdə
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) Marsa yolladığı "Curiosity" aparatı planetin səthindən götürdüyü süxur nümunələrində hirdrogen molekulları aşkarlayıb. Bundan başqa, metan qazının hissəcikləri də tapılıb.Bu tapıntılar əsl elmi sensasiya sayıla bilər, çünki Marsda mikroorqanizmlərin aktivliyinə və həyatın mövcudluğuna dəlalət edir.NASA ekspertlərinin dediklərinə görə, bu kimyəvi birləşmələrin "qırmızı planet"də yaşamış və ya indi yaşayan mikroorqanizmlərin qalıqları olub-olmadığını dəqiqləşdirmək üçün əlavə elmi araşdırmalara ehtiyac duyulur. "Curiosity" komandasında çalışan qrupun rəhbəri Con Qrotsinger Marsda canlı həyat izlərinin tapıldığını təsdiqləyib: "Çox böyük uğur əldə etmişik! Marsda üzvi birləşmələr tapılıb!" Qrup üzvlərindən biri, Pasadenadakı Reaktiv Hərəkət Laboratoriyasının təmsilçisi Kris Vebsterin sözlərinə görə, Marsda metanın aşkarlanması böyük sürprizlir. Ötən il 8 aylıq tədqiqatlardan sora amerikalı alimlər aparatın dolaşdığı Geyl kraterinin atmosferində metan izləri tapmamışdılar.Aparat Marsın atmosfer nümunələrinin tədqiqatını davam etdirmiş və 2013-cü ilin noyabrında metan qazının normadan 10-qat artıq olduğunu ölçmüşdü. Metan izləri iki ay ölçüləndən sonra bu qaz sovrulmuşdu. "Curiosity" Mars səthinə 2012-ci ilin avqustunda endirilib. Araşdırmaların ilkin mərhələsində bəlli olub ki, Marsda bakterial həyatın yaranması üçün gərəkli kimyəvi elementlər və şərtlər olub. Hazırda aparat Şarp dağındakı aşağı qalıq layları araşdırır. Bu, 150 metrlik ərazidir. NASA ötən həftə bəyan etmişdi ki, Geyl kraterində əvvəllər su olub və Şarp dağı da nəhəng gölün qalıq süxurlarından formalaşıb. Milli.Az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.