Populyar “Muhteşem yüzyıl” serialında ulduzları barışmayan “Hürrəm Sultan”la “Xədicə Sultan” məşhurlar aləminin “ayrılmaz rəfiqələri”dirlər.
Serialda Hürrəm Sultan obrazını yaratmış Məryəm Uzərli Almaniyadan Türkiyəyə döndükdən sonra Xədicə Sultan rolunun ifaçısı Selma Ergeçlə daha sıx-sıx görüşməyə başlayıb.
Aktrisaların mehribanlığı hətta o həddə çatıb ki, onlar geyim tərzində də bir-birilərini təkrarlamaqdan qalmırılar.
M.Uzərli ötən gün bərabər çəkdirdikləri bir fotoşəkli “İnstaqram”da bu sözlərlə birgə paylaşıb:
“Bir zamanlar bir-birimizlə heç yaxşı davranmırdıq, amma baxın, indi eyni libasdan geyinirik”.