Laplandiyada buzdan otel açılıb – Video
17.12.2014

İsveçin Laplandiya regionunda hər il Milad bayramı ərəfəsində olduğu kimi buzdan otel fəaliyyətə başlayıb.

Bu il otelin tikintisinə 1600 ton buz və 30 min kubmetr qar sərf olunub.

Otel divarları, döşəməsi və tavanı buzdan olan 61 nömrə, həmçinin ağacdan olan 72 otaq təklif edir. Buzdan olan otaqlarda temperatur mənfi 5 dərəcədir. Otaqların hər birinin interyeri üzərində müxtəlif ölkələrdən 42 rəssam işləyib.

Oteldə bir gecəlik qiymət minimum 300 Azərbaycan manatıdır.

İlk “Icehotel” 1992-ci ildə tikilib.
Video

www.gun.az