Bakıda Macarıstan mədəniyyəti günü keçiriləcəkdir
9.4.2012

Azərbaycanın Macarıstandakı səfirliyindən bildirilmişdir ki, aprelin 20-də Beynəlxalq Muğam Mərkəzində Macarıstan mədəniyyəti günü keçiriləcəkdir.
Macarıstanın “Duna TV” televiziyası həmin tədbirin geniş işıqlandırılması məqsədilə Bakıya kiçik yaradıcı heyət göndərmişdir. Rəsmi hissədə Macarıstanın kənd təsərrüfatı naziri Şandor Fazekaş çıxış edəcək, Macarıstan Prezidenti adından iki azərbaycanlı mükafatlandırılacaqdır.
Sonra proqramda Macarıstan Musiqi Ansamblının və UNESCO-nun qeyri-maddi mədəni irsinə daxil olan Macarıstan Rəqs Evinin çıxışı nəzərdə tutulmuşdur.
Bundan əlavə, Macarıstanın Tokay şəhərində istehsal olunan şərabların dequstasiyası planlaşdırılır.

AzərTAc