Yeni il bayramının əsas simvolu olan “yolka” bu dəfə qeyri-adi şəkildə, hamburgerlərdən hazırlanıb.
Spamlı ponçiklərin ixtiraçısı və dünyanın ən hündür hamburgerin yaradıcısı olan Con Klarkson müştəriləri hamburgerlərdən hazırladığı nəhəng “yolka” ilə təəccübləndirə bilib. O, milad “yolka”sını 20 batondan və 50 kq qızardılmış kartofdan hazırlayıb.
Hamburger- “yolka”nın hündürlüyü 315 sm olub. Con Klarkson iddia edir ki, qurğunun mərkəzində karkas yoxdur, “yolka” gizli sistem dayaqları sayəsində dayanır. Müəllif öz işini 160 funt dəyərində qiymətləndirib, təbii ki, əgər hamburgerlər bərkiyənədək alan olsa.
ANS PRESS