Axtarış
Başqa şəhərlərdə
Misirdə aparılan arxeoloji-qazma işləri alimləri şoka salıb. Onlar əldə etdikləri nəticəni sensasiya adlandırırlar.Faiyum bölgəsində 300 hektarlıq ərazidəki Fəq əl Ğamus adlı məzarlıqda aparılan qazma işləri zamanı təqribən 1 milyon mumiya aşkarlanıb.Məzarlarda təxminən 1500 il əvvəl, misirlilər Qədim Roma və Bizansın nəzarətində olduğu zaman vəfat etmiş şəxslər mumiyalanaraq dəfn olunublar. Məzarlıqlarda tapılan son mumiya 18 aylıq qızın cəsədidir. Qahirədən 96 km cənubda yerləşən bu məkanda qazıntı işləri aparan alimlər artıq 1700-dən çox mumiyanı çıxarıblar. Onların dediklərinə görə, əhəngdaşı zağalarındakı məzarlarda 1 milyondan artıq mumiya ola bilər. Onların çoxu 30 metr dərinlikdədir. Qazıntı işləri aparan qrupun rəhbəri, ABŞ-ın Yuta şəhərindəki Briqam Universitetinin professoru Kerri Mulsteynin dediyinə görə, onların tapıntıları əsl elmi sensasiyadır.Milli.az
Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir.
Rusiya alimləri qanın tərkibində şəkərin miqdarını tər damcısı ilə ölçəcək yeni üsul – biosensor hazırlayıblar.
Rusiyanın Milli Tədqiqat Nüvə Universitetinin subbakalavrları və universitetin 1523 saylı liseyinin şagirdləri yolu izah edən ayaqqabı hazırlayıblar.
Alma sirkəsi arıqlamaq üçün ən yaxşı vasitələrdən biri sayılır.
“Visa”, “Mastercard” və digər beynəlxalq kart təşkilatları "Facebook" sosial şəbəkəsinə məxsus olan və gələn ili bazara çıxarılması planlaşdırılan "Libra" kriptovalyutasını dəstəkləyə bilər.