Bakıda yenidən "Beynəlxalq Hindistan” sərgisi açılıb. Hindistan səfirliyindən verilən məlumata görə, dekabr ayının sonuna kimi davam edəcək sərgi sayca ikincidir.
İlk sərgi bu ilin sentyabr ayında açılıb və hindistanlı iş adamları bu tədbirə böyük maraq göstərirlər.
Sərgidə məişət əşyaları, o cümlədən mebellər, yataq dəstləri, xalılar, baş örtükləri, kosmetik vasitələr, brilyant bəzək əşyaları, çay, düyü, şirniyyatlar, ədviyyatlar, hətta yeməklər də var. Paytaxt sakinləri istədikləri Hindistan məhsulunu sərgidən münasib qiymətə ala bilərlər.
İndiyə kimi dünyanın bir çox ölkələrində bu tədbirin keçirildiyini vurğulayan sərgi təşkilatçıları Azərbaycan bazarlarına xüsusi maraq göstərdiklərini bildiriblər.
Yeni il ərəfəsində açılan sərgi paytaxt sakinlərinin də ürəyincə olub.
Gün.Az