Ən bahalı “zadəgan” olacaq
18.12.2014

“Çelsi” Eden Hazardla yeni müqavilə bağlamağa yaxındı.

Yeni anlaşmanın şərtlərinə görə, futbolçunun məvacibi artırılacaq. Yaxın günlərdə bağlanacaq 5 illik müqaviləyə görə, belçikalı həftədə 200 min funt qazanacaq. Bundan sonra Hazard komandada ən yüksək ödənişli futbolçu olacaq.

Yeni müqavilə ilə bağlı danışıqlara üç ay əvvəl start verilib, ancaq məhz bu həftə tərəflər əhəmiyyətli razılıq əldə edib. Sövdələşmə barədə yeni ilə qədər məlumat veriləcəyi gözlənilir.

23 yaşlı belçikalı bu mövsüm “Çelsi”nin heyətində 16 oyunda 6 qol vurub və üç qol ötürməsi verib.

publika.az