Dekabrın 24-də yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Nadir şah" romanı əsasında Azərbaycan Akademik Milli Dram Teatrında səhnələşdirilmiş “Nadir şah” tamaşasının premyerası keçiriləcək.
Quruluşçu rejissoru Gümrah Ömər olan tamaşada baş rolu - Nadir şahı əməkdar artist Məmməd Səfa (Məmmədsəfa Qasımov) və xalq artisti Ramiz Novruz ifa edəcəklər.
Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə səhnələşdirilib.
Milli.Az