Azərbaycanın 4 oteli beynəlxalq otellər kolleksiyasına qoşulub.
Şahdağ dağlıq kurortu ərazisindəki iki otel “Pik Palace Şahdağ” və“Park Chalet Şahdağ” otelləri “Marriott” brendinin portfeli sayılan “Autograph Collection”un rəsmi üzvü olub.
Bakıda açılacaq “Boulevard Hotel Bakı” və “Intourist Hotel Bakı” otelləri isə 2015-ci ilin iyun ayından etibarən “AutographCollection”a qoşulacaq.
Qeyd edək ki, bu otellər “ABSHERON Hotel Group” tərəfindən idarə olunur.
Sözügedən qrupa keyfiyyətli xidmət göstərən, müasir səyahətçiləri yüksək səviyyəli komfortla təmin edən və orijinallıq meyarlarına görə seçilmiş xüsusi otellər üzv ola bilir.
Gün.Az