Məşhur aktrisa dünyasını dəyişib
19.12.2014

İtaliyalı məşhur aktrisa Virna Lizi 78 yaşına dünyasını dəyişib.

Aktrisa Hollivudun 1965-ci il istehsalı olan “Arvadını necə öldürməli” adlı komediya filmində məşhurlaşıb.

Müğənni, eyni zamanda, amerikalı aktyor Toni Körtis və Frank Sinatra ilə tərəf müqabili olub.

Virna Lizi 1994-cü ildə “Kraliça Marqo” filmində ifa etdiyi roluna görə Kan film festivalında ən yaxşı aktrisa mükafatı alıb.

Gün.Az