Azərbaycan paytaxtında havanın temperaturu 23-28 dərəcə təşkil edəcək
9.4.2012

Bakıda və Abşeron yarımadasında Aprelin 10-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

Aprelin 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-11, gündüz 20-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında aprelin 10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi qıraq qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 25-30,
dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti təşkil edəcək.

Aprelin 11-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 24-29,
dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 10-dan 12-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi və gündüz saatlarında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

APA