Gürcüstan paytaxtında Qafqaz Dünya Rekordlar Federasiyasının təşkilatçılığı ilə acı bibər yarışı keçirilib.
Yarış "Qudvil" Mərkəzində keçirilib və yarışa qatılan gənclər acı bibər yemək yarışında iştirak edib.
Federasiyanın prezidenti olan soydaşımız, "maqnit adam" ləqəbli Etibar Budaqlı-Elçiyev APA-ya açıqlamasında festivalın ilk dəfə keçirildiyini bildirib.
Tədbirdə "Qudvil" Mərkəzinin hazırladığı acı yeməklərlə bərabər, acı bibərlər də menyuya daxil edilib. Festivalda "Qudvil" mərkəzinin əməkdaşı Arçil Qordsaxiya birinci yerə çıxıb. O, 4 acı bibəri 2 dəqiqə 49 saniyəyə yeyib və qalib olub. Yarışın qalibləri diplom və hədiyyələrə layiq görülüblər.
Qeyd edək ki, «maqnit adam» ləqəbli Etibar Budaqlı-Elçiyev Ginnesin Rekordlar Kitabının 2014-cü il üçün hazırlanmış versiyasına düşüb.
APA