“Eurovision 2014” qalibi olan Konçita Vürst builki “Eurovision 2015” mahnı müsabiqəsinin aparıcılarından biri olacaq.
Əsl adı Tomas Noyvirt 23 may Vyanada təşkil olunacaq mahnı yarışması zamanı "green room" cavabdehlik daşıyacaq. “Rise Like a Phoenix” mahnısı ilə “Eurovision” yarışmasının qalibi olan müğənninin vəzifəsi 2015-ci ilin yarışçıları ilə təmas olacaq.
“Konçita öz şəxsiyyəti, səsi və mahnısı sayəsində müsabiqəni udub. Bu ilk addım deyil. Amma o Avstriyanın dünyada daha geniş tanınmasında mühüm addım oldu", deyə müsabiqənin yayım hüquqları ilə məşğul olan Katrin Zeçner bildirib.
Qeyd edək ki, müsabiqənin digər aparıcıları Miriam Veyxsekbraun Alis Tamler və Arabella Kyesbauer olacaqlar.
ANS PRESS