“Nizami” Kino Mərkəzində mətbuat üçün bağlı film nümayişi keçirilib.
KİV nümayəndələrinə Türkiyə istehsalı olan “Olur, Olur” komediya filmi təqdim edilib.
Rejissor Kerem Çakıroğlunun çəkdiyi bu filmdə baş qəhrəman Ali obrazını yaratmış aktyor Alper Kul tədbirin qonağı olub.
Filmin nümayişindən öncə aktyor Alper Kul jurnalistlərlə görüşüb, avtoqraf verib, şəkil çəkdirib, onların suallarını cavablandırıb.
Daha sonra isə film nümayiş olunub.
Qeyd edək ki, “Olur, olur” filmində sakit yaşam tərzi keçirən baş qəhrəman - Alinin günlərin birində həyatı alt-üst olur. Buna səbəb, illər öncə sevdiyi Azranın təsadüfən onun işlədiyi əczaxanaya gəlməsidir. Ali yenidən Azranın diqqətini çəkməyə çalışsa da, ümidi boşa çıxır.
Çarəsizlikdən, internet vasitəsilə bu məsələdə ona kömək etməyi vəd edənlərə müraciət edir...
Filmdə çəkilən aktyorlar arasında Şinasi Yurtsever, Onur Buldu, Yılmaz Gruda, Ayça Varlıer və Ali Kobanbay kimi parlaq adlar yer alıb.
Gün.Az