Yaponiyanın “Sony” korporasiyası 2012-ci ilin sonunadək 10 min əməkdaşını ixtisar edəcək. Bununla da şirkət işçi ştatını 6% azaldacaq.
Bundan başqa, korporasiya Hovard Stringer başda olmaqla yeddi icraçı direktordan aldıqları bonusları geri qaytarmağı tələb edə bilər.
Qeyd edək ki, bu ilin aprel ayında “Sony”də rəhbərlik dəyişib. Əvvəllər şirkət prezidentinin icraçı müavini vəzifəsini tutmuş Kazuo Xirai yeni prezident və baş icraçı direktor təyin olunub. O, 2012-ci ilin iyun ayından “Sony”nin Direktorlar Şurasının sədri vəzifəsini daşıyacaq Hovard Stringeri əvəzləyib.
“Sony” artıq dördüncü maliyyə ilini zərərlə başa vurur. Şirkətin kapitallaşması 2005-ci ildən bəri 60% azalıb.
APA