İstanbulda "Türkiye Omurilik Felçlileri Derneği”nin təşəbbüsü ilə “Beynəlxalq gülən uşaq şənliyi” təşkil olunub. Aralarında Azərbaycan da olmaqla 10 ölkədən 200, Türkiyədən 150 əlil uşağın iştirak etdiyi tədbirin özəl qonağı isə Azərbaycanın xalq artisti Brilliant Dadaşova olub.
Brilliant xanım qayğıya ehtiyacı olan uşaqlar üçün oxumaqla kifayətlənməyib, onlardan ikisinə əlil arabası hədiyyə edib. Qeyd edək ki, xeyriyyə aksiyasında estrada ulduzumuzla yanaşı, Türkiyənin bir neçə tanınmış müğənnisi də iştirak edib. Qardaş ölkə mediasında yetərincə işıqlandırılmış bu xoş məramı,elə türk saytlarının yayımladığı fotolarla diqqətinizə çatdırırıq.
Milli.Az