Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin yetirməsi Kübra Binnətovanın rəsm işi Yaponiyada keçirilmiş 15-ci Beynəlxalq Ekoloji Uşaq Rəsm Müsabiqəsində I yerə layiq görülüb.
81 ölkədən 21 mindən çox uşağın iştirak etdiyi müsabiqənin Münsiflər Heyəti 15 yaşlı Kübranın “Yer: Möcüzə planeti” mövzusunda çəkdiyi rəsm əsərini məzmunu, orijinallığı və rəng çalarlarına görə ilk yerə layiq görüb. Bu əsər müsabiqədə qalib gələn rəsmlərdən ibarət kataloqa daxil edilib. Tokioda keçirilmiş müsabiqədə iştirak etmək üçün əvvəlcədən Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri arasında müsabiqə elan olunub. 7-15 yaşlı rəssamların “Yer: Möcüzə planeti” mövzusunda çəkdikləri əsərlər arasından 27 iş seçilərək Təşkilat Komitəsinə göndərilib. Bu əsərlərdən Nərmin Abdullayevin yetirməsi olan Kübra Binnətovanın işi ən yaxşılar sırasına daxil edilib.
Müsabiqənin Təşkilat Komitəsi Yaradıcılıq Mərkəzinə 2015-ci ildə Yaponiyada “Dünyanın səsləri”
Qafqazinfo.az