Dünyanın ən qorxulu işi, hər tərəf ilan - FOTOLAR
24.12.2014

İlan dərisindən hazırlanmış çanta, çəkmə və ya aksessuarları sevən xanımlar az deyil. Amma bu xanımlar sevdikləri nəsnələrin necə ərsəyə gəldiklərini bilirlərmi?

İlan dərisi emalatxanalarının sayına görə İndoneziya dünyanın "lider" ölkələrindən biridir.

İndoneziyanın Qərbi və Mərkəzi Yava əyalətlərində ilanların ovlandığı, habelə bəsləndiyi fermalar və emalatxanalar az deyil. Emalatxanaların fəaliyyəti ilan dərisindən əşyaların hazırlanması ilə bağlıdır.

Ən məşhur emalatxana isə Kapetakan kəndindədir. Burada hər gün yüzlərlə ilanın dərisi "emal" olunur.