Azərbaycan ilk “Boeing 787 Dreamliner” təyyarəsini alıb
24.12.2014

İlk “787 Dreamliner” təyyarəsi Azərbaycana çatdırılıb.
Bu barədə “Boeing” şirkəti məlumat yayıb.

Qeyd olunub ki, Azərbaycan Hava Yolları (AZAL) MDB ölkələri arasında bu təyyarəni idarə edən ilk aviaşirkət olacaq.

AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib ki, aviaşirkətin regional və beynəlxalq səviyyədə rəqabətliliyini artırmağa imkan verəcək bu təyyarələri aldığımız üçün sevincliyik.

O əlavə edib ki, təyyarənin göyərtəsində unikal şərait sərnişinlərə yüksək komfortlu uçuşdan gözəl təəssüratı təmin edəcək.

Qeyd edək ki, bu təyyarə Bakıdan uzun məsafəli uçuşların həyata keçirilməsi üçün nəzərdə tutulur.

“Boeing 787” texnoloji cəhətdən inkişaf etmiş, sərnişin məmnunluğuna xidmət edən yüksək keyfiyyətli təyyarələr sinfinə daxildir.

gun.az