84 yaşlı əfsanə aktyor boşanıb
24.12.2014

Hollivudun ən populyar simalarından olan aktyor-rejissor Klint İstvud 18 illik həyat yoldaşı Diana İstvudla rəsmən ayrılıb.
Bu barədə “E-online” portalında məlumat yayılıb.

Məlumata görə, tərəflər arasında nikahın pozulması proseduru Kaliforniya ştatının Monterey şəhərində baş tutub.

Ayrılmış cütlüyün 18 yaşında Morqan adlı qızları olsa da, məhkəmədə ona kimin qəyyumluq etməsinə dair məsələyə baxılmayıb. Bundan başqa, boşanmanın maliyyə şərtləri də açıqlanmayıb.

Cütlüyün ayrılması faktiki olaraq hələ ötən ilin oktyabrından məlum idi və səbəb kimi K.İstvudla xanımı arasında dərin ziddiyyətlərin yaranması göstərilirdi. Nəticədə D.İstvud 2013-cü ilin dekabrında boşanmaq üçün məhkəməyə müraciət edib.

gun.az