ABŞ-ın 43-cü prezidenti olan Corc Buş Santa Klaus qiyafəsində “Dallas Uşaq Tibb Mərkəzini” ziyarət edib.
Keçmiş prezident əlində hədiyyələrlə uşaqların otaqlarını tək-tək ziyarət edib. O uşaqlarla və onların ailələriylə də xeyli söhbət edib.
Qeyd edək ki, Buş bu hərəkəti heç bir media orqanına xəbər vermədən edib və bu da insanlar tərəfindən təqdir edilib.
Gün.Az