Almaniyanın paytaxtında maraqlı fleşmob aksiyası keçirilib. Şəhərin Brandenburq Qeyt meydanına toplaşan yüzlərlə aksiya iştirakçısı 2012-ci ilin Beynəlxalq Yastıq Döyüşü Gününü qeyd edib. Yastıq döyüşü nəticəsində meydan tamamilə quş tükü ilə əhatə olub.
Fəallar aksiyaya başlayana qədər yastıqları gizli saxlayıblar. Bir araya gəldikdən sonra isə aksiya fit səsi ilə başlayıb.
Qeyd edək ki, yastıq döyüşü günü ilk dəfə 2008-ci ildə dünyanın 25-dən çox şəhərində keçirilib.
Milli.az