Yeni doğulmuş şahzadələrin ilk görüntüləri yayılıb
24.12.2014

Monarx ailəsində dünyaya gələn əkizlər üçün “Yeni il fotosessiyası” təşkil olunub. Monako knyazı 2-ci Albert və xanımı Şarlenin dekabrın 10-da dünyaya gələn əkiz övladlarının fotoları dərc edilib.

Jak ilə Qabriela adı qız və oğlan əkiz valideyni olan cütlük övladlarının ilk Yeni il bayramı münasibəti ilə çəkdirdikləri görüntülərini paylaşıblar.

Körpələrin cinsiyyəti onlar doğulana qədər açıqlanmadığı üçün uşaqların hər ikisinin oğlan olacağı təqdirdə, hansının taxt-tacın varisi seçiləcəyi maraq doğururdu.

Monarx ailəsində ilk doğulan oğlan uşağının vəliəhd elan edildiyi Monako Knyazlığında birinci varis Jak olacaq.

gun.az