Bu gün xristianların əsas bayramı olan Milad bayramı qeyd olunur.
Bu bayram İsa peyğəmbərin doğum günü ilə bağlıdır.
Xristianlar mənsub olduqları məzhəblərə görə, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər. Katoliklər dekabrın 25-də Miladı qeyd edirlər.
Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranıb və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşüb. Bəziləri isə bunu tam başqa səbəblərlə - yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri “Yenilməz Günəşin doğulması” bayramı ilə əlaqələndirirlər.
Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir. İlk dövrlərdə bayram indikinə nisbətən fərqli keçirilirmiş. Əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi. İlk dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq Miladı dekabrın 25-də qeyd etməyə başlayıb.
Lakin Milad – yalnız xristian bayramı kimi qəbul edilmir. Onun köklərinə yəhudilərin Xanuki, qədim yunanların festivallarında, druidlərin inanclarında da rast gəlmək mümkündür.
Gün.Az