Muzeydə “açıq qapı” kampaniyası
25.12.2014

bp Azərbaycan şirkətinin sponsorluğu ilə AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “açıq qapı” kampaniyası keçirilir.

Muzeydən bildirilib ki, “açıq qapı” günləri dekabrın 27, 29, 30, 2015-ci ildə isə yanvarın 3-5-də nəzərdə tutulub. Həmin tarixlərdə muzeyə giriş pulsuzdur.

Kampaniyadan qış tətili müddətində məktəblilər, tələbələr, Bakı sakinləri və respublikamızın qonaqları faydalana bilərlər.

AzərTAc