Günün ulduz falı
9.4.2012

Qoç - Bu gün diqqəti şəxsi işlərinizə yönəltmək kifayət qədər çətin olacaq: sizi tez-tez yayındıracaq və boş şeylərə görə təngə gətirəcəklər. Bir çox Qoçlar çoxdandır əməkdaşlıq etdikləri insanlarla küsüşəcəklər. Çünki üst-üstə yığılan xırda fikir ayrılıqları kritik səviyyəyə çatacaq. Hələlik baş verənlər bir stəkanda fırtınadır. Amma təmkin nümayiş etdirməsəniz, əsl problemlər yarana bilər.
Sevdiyiniz insan sizin bir çox şübhə və həyəcanlarınızı anlamır, sizi sakitləşdirməyə çalışır. Amma əbəs yerə. Özünüz vəziyyətdən baş çıxarmasanız, mənəvi tarazlığa bel bağlamağa dəyməz.

Buğa - Əgər peşə sahəsində uğura nail olmaq istəyirsinizsə, daha çox inad və qətiyyət nümayiş etdirin. Bu keyfiyyətlər olmadan lazım olan uğuru əldə etmək olmaz. Ciddi rəqabətdə iştirak etməli olacaqsınız. Bu mübarizədə yalnız hiyləgərlik sayəsində qalib gəlməyin mümkünlüyü istisna deyil.
Əlverişsiz maliyyə mənzərəsi ilə qarşılaşacaqsınız. Bu gün gözlədiyinizdən daha çox pul xərcləməli olacaqsınız. Sevdiyiniz insan sizdən diqqət və dəstək gözləyir, amma ümid etdiyiniz anlayışı göztərmir. İncikliklərdən yayınmağınız mümkündür. Amma münasibətlər kifayət qədər gərgin olacaq.

Əkizlər - Əkizlər bu gün olduqca uğurludurlar və çox güman ki, girişdikləri işdə uğur qazanacaqlar. O qədər də çox şey tələb olunmur: saxta olmayan şövq və hansısa bacarıqlar. İş görüşləri çox yaxşı keçəcək. Bürcün bəzi nümayəndələri karyera yüksəlişi və gəlirlərin artmasını vəd edən təkliflər alacaqlar.
Sizinlə ünsiyyət xoş və maraqlıdır. Bunu həm yaxınlarınız, həm də yeni tanışlarınız hiss edirlər. Əks cinsin nümayəndələri sizi komplimentlər və diqqət işarələri ilə sevindirəcəklər. Yeni romanın başlaması mümkündür.

Xərçəng - Bir qədər gözləmək lazımdır: yeni başlanğıclar, cəsur eksperimentlər və yaradıcıq axtarışları üçün əlverişli vaxt bir qədər sonra başlayacaq. Hələlik isə diqqətinizi darıxdırıcı, bununla belə, diqqət tələb edən cari işlərə yönəldin. İstənilən sənədin rəsmiləşdirilməsində, hesabatların hazırlanmasında səliqə lazımdır. İstənilən ehtiyatsızlıq pis hadisələrə yol aça bilər.
Yaxınlarınızla dil tapmaq asan olmayacaq: onların susqun narazılığını, sizin plan və ideyalarınızla razılaşmamalarını hiss edəcəksiniz. İndi əsas məsələ incikliklərdən yayınmaqdır. Bütün mübahisəli məsələləri sonra həll etmək mümkün olacaq.

Şir - Çox əlverişli gündür. Gözlədiyinizdən də böyük uğurlar əldə edəcəksiniz. Yeni kəşflər, uğurlu eksperimentlər mümkündür. Yaradıcı yanaşma sizə bir çox problemlərin həllində yardım edəcək. Rəqiblərinizə isə yalnız sizin zəngin fantaziyanız və geniş dünyagörüşünüzə həsəd aparmaq qalacaq. İşgüzar müttəfiqlərinizlə nəinki dil tapa biləcək, həm də onlarda unudulmaz təəssürat yaradacaqsınız.
Əgər bu gün işgüzar əməkdaşlıq başlasa, uzun müddət davam edəcək və məhsuldar olacaq. Bu (daha çox davamlılıq anlamında), həyatınızı bəzəyəcək yeni romana da aiddir.

Qız - Sizi çox çətin gün gözləyir. Yalnız öz gücünüzə arxalanmalısınız. Düzdür, köməkçiləriniz var, amma daim onlara təkan vermək, nəzarət etmək lazım gəlir. Ona görə də kifayət qədər tez bir zamanda bu nəticəyə gələcəksiniz ki, ən asanı və tezi hər şeyi özünüzün etməyinizdir. Səfərlərdə ehtiyatlı olun. Səfərlər gözlədiyiniz kimi keçməsə, təəccüblənməyin.
Günün ikinci yarısında planlarınızı dəyişməyə, əvvəlcədən təyin olunmuş hansısa görüşlərdən imtinaya vadar edəcək nasazlıqlar mümkündür.

Tərəzi - Uğurlu gündür. Həyatınızı yaxşılığa doğru kəskin dəyişmək şansınız olacaq. Məsələ yalnız özünüzdə lazım olan cəsarəti tapmağınızdır. Bu gün buna ehtiyacınız olacaq. İmprovizələr, ayaqüstü qərarlar vermək, planlarınızda düzəlişlər etmək olar. Tez-tez dəyişən şəraitə əla uyğunlaşacaqsınız.
Aşiq Tərəzilərin narazılıq üçün əsası olmayacaq, sevdiyinizlə qarşılıqlı anlaşma tam olacaq. Bu gün dostlarla görüş təyin etmək olar. Amma nəzərə alın ki, gün sevgi görüşləri üçün daha münasibdir. Çünki əhval-ruhiyyəniz romantik olacaq.

Əqrəb - Bu gün nəzərəçarpan peşə uğurları əldə etmək olardı. Amma bədbəxtlikdən, həmkarlarınız və müttəfiqlərinizlə dil tapmır, aktual məsələlərin sakitcə müzakirəsi əvəzinə, mübahisə edirsiniz. Müstəqil işləmək daha məhsuldar olacaq. Amma elə etməlisiniz ki, sizi heç kim narahat etməsin.
Günün ikinci yarısı romantik görüşlər, gəzintilər və dostlarla görüş üçün münasibdir. Yaxşı tanıdığınız adamlarla təmaslarla məhdudlaşmağınız məsləhətdir. Yeni tanışlarla yola getmək çətin olacaq.

Oxatan - Bu gün asan olmayacaq. Böyük ümidlər bəslədiyiniz planı həyata keçirmək mümkün olmayacaq. Üstəlik, dərhal həllini tələb edən yeni məsələlər ortaya çıxacaq. Bəzən vəziyyət, demək olar ki, ümidsiz təsir bağışlayacaq. Ümidsizlikdən yalnız təbii nikbinliklə xilas olmaq mümkündür.
Nasazlıqlar mümkündür. Özü də əhvalınız güc və enerjiyə ehtiyacınız olduğu vaxtda pisləşəcək. Ciddi fiziki yük, yorucu idman faydalı deyil. Aromaterapiya, spa prosedurları və masaj seansları isə xeyirlidir.

Oğlaq - Pis gün deyil. Uğurlarınız səylərinizə uyğun olacaq. Ona görə də taleyinizdən küsməyə əsasınız yoxdur. Bizneslə məşğul olan Oğlaqların sevinmək üçün əsası var: işinizi genişləndirə biləcəksiniz, lazım olan vəsait mütləq tapılacaq. Sıravi işçilər, çətin ki, vəzifə artımına bel bağlaya bilsinlər. Amma onların peşə mövqeləri möhkəmdir, nüfuzları şübhə altında deyil.
Ailədə fikir ayrılıqları mümkündür. İş birgə istirahət və iri bazarlıqlara çatanda razılığa gəlmək xüsusilə çətin olacaq.

Dolça - Ətrafınıza diqqətlə baxmağa dəyər: həyatınızda vacib rol oynayacaq şəxsi tapmağınız istisna deyil. Bu gün ulduzlar gələcəyinizlə bağlı cürbəcür eyhamlara xəsislik etməyəcəklər. Əgər müşahidə qabiliyyətiniz varsa, onları diqqətdən qaçırmayacaq və düzgün qərarlar qəbul edəcəksiniz.
Gün heç nəyi dəyişmək istəməyən Dolçaları da məyus etməyəcək. Əlverişli emosional fon yüksək ovqat bəxş edəcək, həyat potensialınız yüksək olacaq.

Balıqlar - Gün uğursuz olacaq. Şərait sizdən hələ hazır olmadığınız hərəkətləri tələb edəcək. Ya iradənizə qarşı hərəkət etməli, ya da dəyər verdiyinizi itirməklə barışmalısınız. Həsəd aparılası seçim deyil. Amma bunu etməlisiniz. Ətrafdakılardan yaxşı məsləhətlər və ya kömək gözləməyə dəyməz.
Maliyyə mənzərəsi də yaxşı deyil. İstədiyinizdən çox xərcləyəcəksiniz. Üstəlik, yaxınlarınızla fikir ayrılıqları yaranacaq. Sabahkı günə əminlik arzusu sizi rahat buraxmayacaq. Təəssüf ki, bu gün heç kim sizə bu əminliyi vermək gücündə deyil.

Milli.Az