Aviaşirkət rəhbərinin qızı həbs olundu - FOTO
25.12.2014

Cənubi Koreya prokurorluğu ölkənin ən böyük aviaşirkəti olan "Korean Air"in prezidentinin qızı, şirkətin 40 yaşlı vitse-prezidenti Ço Hön Anı həbs edib.

"Ço Hön A davranışı və əməlləri ilə ölkənin aviasiya qanunvericiliyini pozub, uçuş planına müdaxilə edib", - prokurorluğun yaydığı açıqlamada bildirilir.

Bu ayın əvvəllərində Ço Hön A KE086 marşrutu ilə "Korean Air"in Nyu-Yorkdan İnçhona uçan təyyarəsində dava salmışdı. Səbəb isə təyyarədə stüardessanın Ço Hön Aya duzlanmış fıstığı nimçədə yox, kağız paketdə verməsi idi.

Ço Hön Anın əməli sosial şəbəkələrdə və mediada qətiyyətlə pislənmişdi. Sonucda dekabrın 9-da o, "Korean Air"dəki postundan istefa vermiş, Nyu-York-İnçhon reysinin sərnişinlərindən və ictimaiyyətdən üzr istəmişdi.

Daha sonra o, atasından, "Korean Air"in direktorlar şurasının sədri Ço Yan Hodan da üzr istəmişdi.

Baş vermiş olaya görə "Korean Air"i 2 milyon dollar məbləğində cərimə və ya Nyu-York-İnçhon reysi ilə uçuşların 1 ay müddətinə yasaqlanması gözləyir.

Milli.Az