12-14 aprel 2012-ci il tarixlərində “Bakı Ekspo” mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə, “AITF-2012” keçiriləcək.
“AITF” sərgisi Qafqaz regionunun aparıcı beynəlxalq sərgisi statusunu qazanmışdır və regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirir.
“AITF-2012” sərgisi xüsusi olaraq Azərbaycan bazarı üçün hazırlanmış eksklüziv turizm təkliflərini təqdim edən 200-dən yuxarı iştirakçı şirkəti bir araya gətirəcəkdir. “Bütün dünya - Bir sərgi” şüarını tam doğrultmaqla, “AITF” sərgisi bu gün 60-dan çox turizm marşrutunu, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edir.
Bu il keçiriləcək sərginin debütantları Qətər, Polşa, Bolqarıstan, İndoneziya, Vyetnam və Slovakiyadır. Əhali arasında getdikcə daha çox marağa səbəb olan ekzotik turizm isə bu istiqamətlərlə təmsil olunacaq: Maldiv adaları, Mavriki, Malayziya, Seyşel adaları, Tailand və s. Artıq ardıcıl olaraq üç ildir ki, Türkiyə Respublikası “AITF” sərgisinin Tərəfdaş Ölkəsi qismində çıxış edir. Bolqarıstan isə “AITF” sərgisində ilk dəfə Qonaq Ölkə qismində iştirak edəcək.
“Silk Way Travel” şirkəti ardıcıl olaraq ikinci ildir ki, sərgiyə qeydiyyatın sponsoru kimi çıxış edir. Gürcüstan, Sloveniya, Malayziya, Hindistan, Rusiya, Çexiya və Dubay əmirliyi də sərgidə öz milli ekspozisiyalarını nümayiş etdirəcəklər.
Bu ilki sərgini fərqləndirən cəhət müalicəvi turizmin maraqlı və geniş ekspozisiyası olacaq. Artıq bir neçə ildir ki, turizmin bu istiqaməti xüsusi ilə populyardır və böyük tələbat doğurur.
Stavropol vilayətinin stendi özündə Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kurort şəhərlərinin ekspozisiyalarını birləşdirəcək.
Ukrayna şirkətləri bu ölkənin kurort şəhərlərində, habelə Krımda kompleks istirahət imkanlarını təqdim edəcəklər. Müalicə turizmini təklif edən debütant şirkətlərin siyahısına bir sıra profilli təşkilatlar, o cümlədən Litvanın Milli SPA Assosiasiyası, habelə Sloveniyanın 6 lüks səviyyəli termal SPA kurortunu təqdim edən regional “The Land оf Celje” təşkilatı daxildir. Bu ilki sərginin fərqli məqamlarından biri onun dolğun işgüzar proqramıdır.
Belə ki, sərgi çərçivəsində iştirakçı ölkələrin milli koloritini vurğulayan açıq təqdimat mərasimləri və müxtəlif mədəni və əyləncəli tədbirlər keçiriləcək.
Sərginin təşkilatçıları Böyük Britaniyanın “ITE Group plc” və onun Qafqazdakı tərəfdaşı “Iteca Caspian LLC” şirkətləridir.AITF-2012lkənin kurort şəhərlərində, habelə Krımda kompleks istirahət imkanlarını təqdim edəcəklər.
citylife.az