Ronaldu 2014-cü ilin ən yaxşı futbolçusu seçildi
25.12.2014

“The Guardian” nəşrinin versiyasına görə, 2014-cü ilin ən yaxşı futbolçusu portuqaliyalı forvard Kriştianu Ronaldu seçilib.

Nəşr ənənəvi olaraq 28 ölkədən, aralarında keçmiş futbolçular Ernan Krespo, Jilberto Silva, Slaven Biliç və Ditmar Hamannın da olduğu 73 ekspert arasında sorğu keçirib

Nəticədə dünyanın 100 ən yaxşı futbolçusundan ibarət reytinq tərtib olunub. Siyahıya Madrid “Realı”nın və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu liderlik edib.

Reytinqdə ikinci yeri “Barselona”lı Lionel Messi, üçüncü yeri isə “Bavariya” klubunun qapıçısı Manuel Noyer tutub.

Maraqlıdır ki, bu üçlük eyni zamanda FİFA-nın ilin ən yaxşı futbolçusu adına da namizəddirlər.

“The Guardian”ın versiyasına görə, TOP-10-luq belə görünür:

1. Kriştianu Ronaldu (Real)

2. Lionel Mecci (Barselona)

3. Manuel Noyer (Bavariya)

4. Aryen Robben (Bavariya)

5. Tomas Müller (Bavariya)

6. Luis Suares (Barselona)

7. Neymar (Barselona)

8. Qaret Beyl (Real)

9. Filipp Lam (Bavariya)

10. Serxio Aquero (Mançester Siti)

Gün.Az