Azərbaycan xalq dastanlarından ibarət 3 albom buraxılıb
29.12.2014

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunda Azərbaycan xalq dastanlarından ibarət üç albom buraxılıb.

Albomu tərtib edənlər AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), Elxan Məmmədli, Miraslan Bəkirli, Elçin Abbasov və Elşad Məmmədovdur.

İlk albomda Aşıq Hüseyn Saraclının ifasında “Əsli-Kərəm”, Aşıq Əkbərin ifasında “Novruz-Qəndab”, Aşıq İmran Həsənovun ifasında “Qurbani” dastanından əsas hissələr yer alıb.

APA