Bakıda “Merry christmas party” olacaq
29.12.2014

Yeni ilə artıq iki gün qalıb.

Bayram gününü əyləncəli və maraqlı keçirmək istəyənlər dekabrın 30-da gənc Caz Mərkəzində olacaq konsert proqramında iştirak edə bilərlər.

“Merry christmas party” adlanacaq gecədə gənc müğənni Çingiz Mustafayev və DJ Roshka çıxış edəcək.

Xeyriyyə xarakterli aksiyanın təşkilatçısı Vüsal Həsənov bildirib ki, konsertdən əldə olunan vəsait 2 saylı internat evinə xərclənəcək.

Gecədə İsveç masası və “free enerji drink” içkiləri pulsuz olacaq.

Qeyd edək ki, Gün.Az adıçəkilən tədbirin informasiya dəstəyini həyata keçirir.

gun.az