Hyustonun ən böyük küçələrindən biri Azərbaycan adını daşıyacaq
2.9.2011

ABŞ tarixində ilk dəfə olaraq, Hyuston şəhərində Turquoise Center adlanan bölgəsinin ən böyük küçəsinə Azərbaycan adı verilib.
Küçə Azərbaycan-Amerika Mədəniyyət Alyansının (AACA) təşəbbüsü, Turquoise Amerika və Avrasiya Şurasının dəstəyi ilə belə adlandırılıb.
Azərbaycan Diasporunun üzvləri deyirlər ki, onlar Azərbaycanı ABŞ-da tanımaq üçün səylərini davam etdirəcəklər.