Aprelin 11-12-də Andora Knyazlığının La Massana şəhərində Dünya Turizm Təşkilatının təşkilatçılığı ilə “Qış və dağ turizmi” mövzusunda VII Ümumdünya konqresi keçiriləcəkdir.
Azərbaycan Turizm İnstitutundan (ATİ) bildirilmişdir ki, qış və dağ turizminin inkişaf etdirilməsi strategiyalarının geniş müzakirə olunacağı konqresdə ölkəmizi ATİ-nin rektoru, professor Cəfər Cəfərov təmsil edəcəkdir.
Aprelin 13-də isə xizək kurortunda mədəni tədbirin keçirilməsi nəzərdə tutulur.
AzərTAc