Fransada Anton Çexovun əsərlərinin motivləri əsasında filmin çəkilişləri başlayıb.
Film bir neçə novelladan ibarət olacaq. “Aqafya” hekayəsinin əsasında ekranlaşdırılan novellad Fransa kinosunun əfsanələri Pyer Rişar və Jerar Depardye birgə çəkiliblər. Filmdə Jerar Depardye qadınlar arasında populyar olan işsiz kəndli Savka rolunu, Pyer Rişar isə onun dostunu canlandırıb.
Pyer Rişarın 2014-cü ildə 80, Jerar Depardyenin isə 66 yaşı tamam olub. Məşhur aktyorların birgə çıxış etdikləri son film 28 il bundan əvvəl ekranlara çıxan “Qaçaqlar” filmidir.
publika.az