Mavi rəngli balıq fantastik qiymətə satıldı
5.1.2015

Yaponiyalı restoran sahibi Kiesi Kimura Sakit okeandan tutulmuş 180 kiloqramlıq mavi rəngli balığı almaq üçün 4.51 milyon yen (37.5 min dollar) pul ödəyib.

Balıq builki hərracların və Tokiodakı balıq bazarının ən bahalı məhsulu olub.

Bundan əvvəl də eyni cinsdən olan balığa fantastik qiymət ödənilmişdi. Həmin vaxt balığa 1.8 milyon dollar ödəmişdilər.

Milli.Az