“BritishAirways” Azərbaycandan olan sərnişinlər üçün aksiya keçirir
6.1.2015

“BritishAirways” aviaşirkəti Azərbaycan əhalisi üçün Böyük Britaniya, Avropa, ABŞ və Kanada istiqamətində uçuşlara xüsusi tarifləri təqdim edir.

Aviaşirkətdən verilən məlumata görə, kampaniya çərçivəsində alınan biletlər bu gündən iyunun 30-dək olan uçuşlara şamil edilir.

Xüsusi tarifli biletlərin satışı isə yanvarın 11-dək davam edəcək.

“WorldTraveller” salonu üçün Azərbaycandan Böyük Britaniya və Avropa istiqamətində tariflər 474 avrodan, ABŞ və Kanadaya 694 avrodan, “ClubWorld” salonu üçün isə Azərbaycandan Avropa istiqamətində biletlərin qiyməti 1 823 avrodan başlayır.

Gün.Az