Bir neçə dövlət qurumunda yoxlamalar aparılacaq
6.1.2015

Hesablama Palatası bu il dövlət büdcəsindən bir neçə dövlət quruma ayrılan vəsaitin istifadəsi ilə bağlı yoxlamalar aparacaq.

Bu barədə Palataya istinadən xəbər verilir.

Məlumata görə, yoxlamalar aparılacaq dövlət qurumları Bakı Şəhər İcra Hakimiyyəti, Milli Arxiv İdarəsi, Azərbaycan Tibb Universiteti, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası və onun tabeliyində olan səhiyyə müəssisələri olacaq.

Eyni zamanda, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsinə dair audit aparılacaq.

Gün.Az