LG ikinci nəsil əyilən smartfonlarını çıxardı. G Flex2-nin xarakteristikası LG şirkətinin flaqman modeli G3 göstəriciləri müqayisəlidir.
LG şirkətinin mobil qurğular üzrə memarı doktoru Ramçan Vu (Ramchan Woo) izah edib ki, yeni telefon üzərində işləyən zaman şirkət birinci Flex G ilə buraxdığı səhvləri nəzərə alıb.
Məsələn, əldə rahat tutmaq üçün displeyin ölçüsü, diaqonal üzrə 6 düymdən 5,5 düymə qədər kiçildildi.
Bununla yanaşı, ekranın imkanları HD-dən (1280x720 nöqtə) Full HD-yə (1920x1080 nöqtə) qədər artırılıb.
Model əks istiqamətdə kiçik əyilmə imkanını saxlayıb.
Əvvəlki model kimi, o da plastik ilə örtülüb. Bununla yanaşı, model 13 meqapikselli kameraya, parlaq OLED-ekrana, Qualcomm şirkətinin yeni Snapdragon 810 prosessoruna malikdir. Smartfonu idarə düymələri LG G3-də olduğu kimi arxa panelə keçirilib.
Hal-hazırda LG bazarda yeganə əyilən telefon təqdim edən şirkətdir.
Bununla yanaşı, ilin sonuna qədər bu qəbildən olan qurğunu Samsung şirkəti də bazara çıxararaq, əyilən displeylərin kütləvi istehsalat sayəsində liderliyi ələ almağı planlayır. Amma hal-hazırda LG öz assortimentində ekranı əyilmiş, amma elastik olmayan: Galaxy Round və Galaxy Edge modelləri mövcuddur.
Oxu.az