5 kilometrlik qızıl zəncir - FOTO
7.1.2015

Birləşmiş Ərəb Əmirliklərində uzunluğu 5,52 kilometr olan qızıl zəncir istehsal edilib.

Yerli “The National” qəzeti bildirir ki, tezliklə bu zərgərlik məmulatı Ginnesin rekordlar kitabına salınacaq. Zəncirin ağırlığı 256 kiloqram, qiyməti isə altı milyon dollara yaxındır. Zənciri 45 gün ərzində 100 zərgər yığıb. İş vaxtı o, dəfələrlə qırılıb.

Hazırda zəncir Dubayın köhnə hissəsindəki qızıl bazarında saxlanır. Ginnesin rekordlar kitabına salınmasından sonra zənciri hissələrə bölüb satacaqlar.

Birləşmiş Ərəb Əmirliklərindəki Dubay şəhərinin qızıl bazarı bu məkanın ən qədim bazarlarından biridir. Qızıl-zinət əşyaları almaq üçün dünyanın ən əlverişli yerlərindən biri sayılan bazar Deyradadır. T hərfi formasında olan bazarın 3 girişi var.

ANS PRESS