Azərbaycanda ali məktəblərə qəbul planı artırılıb
10.4.2012

Növbəti tədris ili üzrə ali məktəblərə qəbul planında yeni açıqlanması nəzərdə tutulan Bakı Ali Neft Məktəbi üçün də plan yerləri ayrılıb.

Bu barədə 2012-2013-cü tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulunun başlanması ilə əlaqədar keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, növbəti tədris ili üçün qəbul planının layihəsi artıq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edilib. Ölkə prezidentinin müvafiq sərəncamına uyğun olaraq, artıq qəbul planının layihəsini Təhsil Komissiyası təsdiqləyəcək.

M. Abbaszadə bu ilki qəbul planında plan yerlərinin ötən ilkinə nisbətən 9,5 faiz artdığını bildirib.

APA