Harvard-Smitsonovsk astrofizika mərkəzinin alimləri Yerə çox bənzəyən planet aşkarlayıblar.
O, həyatın mümkün ola biləcəyi zonada, yəni kosmosun planetlərin nəzəri cəhətdən yaşayışa yararlı şərti hissəsində yerləşməklə yanaşı, Yer planeti kimi qayalıq relyefə malikdir. Eyni zamanda, bizim planetdən 12 faiz böyükdür və öz ulduzu olan qırmızı cırtdandan Yerə nisbətən 40 faiz çox istilik alır.
“Kepler” teleskopunun köməyi ilə artıq səkkiz ekzoplanet, yəni Günəş sistemindən kənarda ulduzlar ətrafında dövrə vuran planet aşkarlanıb. Bu teleskopun hesabında mindən çox ekzoplanet olsa da, onların yalnız ona yaxını yaşayışa yararlı zonalarda yerləşir.
azertag.az