Yanvarın 8-də Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Misir Mədəniyyət Mərkəzinin müdiri, doktor Əhməd Sami Elaydy M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovla görüşüb.
Kitabxanadan bildirilib ki, görüşdə ölkələrimiz arasındakı qarşılıqlı mədəni əlaqələrindən, Azərbaycan Milli Kitabxanası ilə Misir Milli Kitabxanasının uzun illər davam edən səmərəli əməkdaşlığından söhbət açılıb və bu əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Sonda Əhməd Sami Elaydy ərəb dilində müxtəlif mövzularda olan beş minə yaxın kitabın elektron versiyasını və Misir mədəniyyətini əks etdirən kitabları Azərbaycan Milli Kitabxanasına təqdim edib.
azertag.az