Elçin Hüseynbəylinin “Şah Abbas” romanı uşaqlar üçün nəşr olunub
9.1.2015

“Qələm” nəşriyyatı yazıçı Elçin Hüseynbəylinin “Şah Abbas” romanını “Tarixi şəxsiyyətlər” seriyasından uşaqlar üçün nəşr edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, romanı azyaşlılar və məktəblilər üçün şair-tərcüməçi İbrahim İlyaslı işləyib.

Qeyd edək ki, bundan əvvəl nəşriyyat Vasili Yanın “İsgəndər” və “Çingiz xan”, Uilyam Neyperin “Atilla” əsərlərini uyğunlaşdıraraq nəşr edib.

APA