Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyeva humanitar sahədə fəaliyyətinə görə, “Birliyin
ulduzları” (“Zvyozdı Sodrujestva”) dövlətlərarası mükafatına layiq
görülüb.
Mükafatın təqdimetmə mərasimi aprelin 13-də, Moskvada, Rusiya Dövlət Kitabxanasının Paşkov Evində keçiriləcək.
Xatırladaq ki, bu mükafat MDB üzü olan ölkələrin Humanitar Əməkdaşlıq
Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu
tərəfindən təsis olunub. “Birliyin ulduzları” dövlətlərarası mükafatı
hər il elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət
sahəsində MDB ölkələri arasında humanitar əməkdaşlığa böyük töhfə vermiş
şəxslərə təqdim olunur.
Təntənəli mərasimdə ötən il bu mükafata layiq görülmüş şəxslər, MDB
ölkələrinin yaradıcı ziyalıları, MDB üzü olan ölkələrin Humanitar
Əməkdaşlıq Şurası və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq
Fondunun rəhbərləri, birlik ölkələrindən nazirlik və dövlət
qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri iştirak
edəcəklər.
APA