Nike “Geriyə, gələcəyə” filmindəki krossovkaları buraxacaq - FOTO
9.1.2015

Nike şirkəti 2015-ci ildə “Geriyə, gələcəyə” filminin qəhrəmanı Marti Makflayda olan avtomat bağlı krossovkaları buraxmağı planlaşdırır. Bu barədə The Daily Mail məlumat verir.

“Geriyə, gələcəyə-2” (1989) filmində hadisələr məhz 2015-ci ildə baş verir. Marti Makflay filmdə avto-bağlarla təchiz olunmuş Nike krossovkaları geyinir.

Qeyd olunur ki, krossovkalar işıqlandırma və avtomat bağlanma mexanizminə malikdir.

2011-ci ildə Nike artıq “Geriyə, gələcəyə-2” filmindəki krossovkaları məhdud sayda buraxsa da, bağların avtomat bağlanma mexanizmi olmayıb.



Oxu.az