ABŞ-da zaman kapsulası tapıldı
9.1.2015

Bostonun İncə sənətlər muzeyində 1975-ci ildə Massaçusets ştatının qanunverici məclisinin divarına hörülmüş zaman kapsulası təntənəli şəkildə açılıb.

Mis qutuda müxtəlif dəyəri olan 24 sikkə, qəzet və Corc Vaşinqtonun təsviri olan bürünc medal olub.

Muzeyin əməkdaşlarının sözlərinə görə, tapılan bütün artefaktlar yaxşı vəziyyətdədirlər.

Bununla yanaşı qeyd edilib ki, qutunu açmaq üçün mütəxəssislər dörd saat zaman sərf ediblər.

Zaman kapsulası 2014-cü ilin dekabr ayında su kəmərini təmir edən işçilər tərəfindən tapılıb. Onlar tapıntı haqqında Boston Təsviri Sənət Muzeyinə xəbər veriblər. Muzeyin əməkdaşları öz növbələrində kapsulanın ABŞ müstəqilliyi uğrunda döyüşən iki qəhrəman – Semuel Adams və Pol Revir tərəfindən gizlədildiyini üzə çıxarıblar.

Oxu.az